Ferrari çempionatı tərk etməklə hədələyib

Keçən il komandalar 2021-ci il üçün 175 milyon dollarlıq büdcə limiti barədə razılığa gəlmişdilər. Lakin Kovid-19 bu qərara da öz təsirini göstərib.

F-1.az bugünlərdə FİA, Liberty Media və komanda rəhbərlərinin iştirak etdiyi virtual konfrans barədə məlumat vermişdi. Həmin konfransda gələn ilin büdcəsinin 145 milyon dollara endirilməsi, 2020-ci il üçün isə limitin 130 milyon dollar müəyyən edilməsi müzakirə olunmuşdu.

Scuderia Ferrari-nin rəhbəri Mattia Binotto isə bildirib ki, zavod komandaları ilə müştəri komandaların büdcələri fərqli olmalıdır, əgər sözügedən limitlər tətbiq edilərsə, Ferrari çempionatı tərk edə bilər.

Mattia Binotto: “Gələn mövsüm üçün deyilən 145 milyon dollarlıq limit keçən il qəbul etdiyimi qərara uyğun deyil. İşçi qüvvəsini azaltmasaq, bu məbləğlə mövsümü keçirmək mümkün olmayacaq. Limit daha da azaldılarsa, yarışmaq arzumuzu reallaşdırmaq üçün başqa variantlara baxacağıq. Formula1 avtoidmanın texnoloji zirvəsi olmalı, ən prestijli avtoistehsalçıları və sponsorları cəzb etməlidir. Xərcləri bu dərəcədə azaltmaq çempionatın digər seriyaların səviyyəsinə düşməsi riskini yaradır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*