F-1.az xəbər verir ki, Karlos Sayns səhər sükan arxasına keçib və günortadan sonra onu Şarl Lekler əvəzləyib. Sürücülər aerodinamikanın yeni elementlərini – konfiqurasiyaya görə Red Bull avtomobilinin hissələrinə oxşar olan ön qanad və alt hissəni sınaqdan keçiriblər. Test barədə statistik məlumatlar isə verilməyib.
Ferrari-nin bu həftə sonu Spilberqdə yenilənmələrdən istifadə etməsi gözlənilir.
Xatırladaq ki, çempionatın ən titullu komandası bu il də qələbələrdən uzaq qalıb və hazırda çempionatda dördünrcü yerdədir…