F-1.az xatırladır ki, Formula1 komandalarından McLaren, Mercedes, Red Bull, Williams, Force İndia, Renault və Manor komandalarının bazaları Britaniyada yerləşir.
Toro Rosso və Ferrari-nin bazaları İtaliyada, Sauber-in bazası İsveçrədə, Haas komandasının bazası isə həm Britaniyada, həm də Amerikada yerləşir.
Flavio Briatore başda olmaqla Formula1 ekspertləri Ferrari-nin Britaniyada baza açmalı olduğunu deyirdilər.
Bu günlərdə Pyero Ferrari bu söz-söhbətlərə aydınlıq gətirib və bildirib ki, onlar Britaniyada baza açmayacaqlar: “Bir yarış komandası kimi 1000-dən çox adamı idarə etmək asan deyil və bəzi problemlər yaşadıq. Amma hazırda doğru yolu tapmışıq”.
Qeyd edək ki, Ferrari-nin prezidenti Sercio Markionne də Britaniyada baza açacaqları xəbərini təkzib etmişdi…