Ferrari Braziliya Qran Prisinin nəticələrini şübhə altına alıb?

Ferrari Braziliya Qran Prisinin nəticələrinə qarşı rəsmi protest vermək imkanlarını araşdırır – bu məlumatı komandanın nümayəndəsi BBC-yə təsdiq edib, bundan […]

Ferrari Braziliya Qran Prisinin nəticələrinə qarşı rəsmi protest vermək imkanlarını araşdırır – bu məlumatı komandanın nümayəndəsi BBC-yə təsdiq edib, bundan sonra, sözsüz ki, KİV və azarkeşlər məsələyə reaksiya veriblər.

Hərçənd, çempionatın nəticələri rəsmən elan olunsa da, əgər belə bi rprotest verilərsə, FİA onu araşdırmalıdır və bu vəziyyətdə istisna deyil ki, şikayət təmin oluna bilər, amma bunun üçün ciddi səbəblər olmalıdır…

Ferrari-nin nümayəndəsi təsdiq edib ki, “biz videomaterialları təhlil edirik, çempionatın nəticələrinin obyektivliyini şübhəyə salan hər bir şey dəqiq araşdırılmalıdır.”

Yarışın epizodunun videoyazısında görünür ki, Fettel 4-cü dövrədə Toro Rosso sürücüsü Jan Erik Verni sarı bayraqlar altında keçir, yəni qaydaları pozur.

Amma vacib nüans var, bu barədə britaniyalı jurnalist Adam Kuper öz bloqunda yazıb. Fettelin başı üzərində quraşdırılmış kameradan çəkilmiş videoya yavaş-yavaş baxdıqda trasın solundakı marşalın yaşıl bayraq yellədiyi görünür…

Adam Kuper: “Adətən marşalın siqnalı tras boyu və ya maşında quraşdırılmış elektron cihazların siqnalından daha üstün sayılır. Fetteı yaşıl bayrağa kimi nə ötməyə başlayır, nə də KERS düyməsini basır.”

Əlbəttə, FİA-nın sərəncamında yarışın gedişi barədə ən dolğun məlumat var – əgər qanun pozuntusu olsaydı, cihazlar xəbər verməliydi, bundan sonra stüardlar reaksiya verməliydilər, xüsusən də belə ciddi qanun pozuntusu nəzərdən qaça bilməzdi. Braziliyada heç bir tədbir görülməyib – deməli, buna əsas yox idi?

Əgər Ferrari protest verməyə qərara alarsa, nəzəri cəhətdən istisna deyil ki, Fettel cərimə ala bilər: Sebin yekun nəticəsinin üzərinə 20 saniyənin əlavə olunması onu 6-cı yerdən 8-ci yerə sala bilər, onda titulu Alonso qazanacaq.

Sözsüz ki, hər hansı bir qərar qəbul etməzdən əvvəl, Ferrari özünün 100% doğru olmasına əmin olmalıdır, amma Kuperin fikrincə, məsələnin istənilən tərəfə həll olunması ilə həm komanda, həm də ümumilikdə idman ciddi imic itkisilə üzləşəcək…

Adam Kuper: “Hətta Ferrari heç nə etməsə belə, BBC-nin efirində səslənmiş ittiham və onun doğurduğu əks-səda, təəssüf ki, Fettelin qələbəsinə müəyyən kölgə salır. Hərçənd, bəlkə də, Skuderiyanın niyyəti elə məhz bu idi…”

Əlbəttə, ola bilər ki, FİA və Ferrari, FİA və ya Ferrari bir müddət sonra bildirəcəklər ki, heç bir ittiham olmayacaq və mövzu bağlanacaq.

Amma çoxsaylı şərhlər arasında diqqətçəkən məqam var: əgər Qran Prinin gedişində Fettel həqiqətən Verni sarı bayraqlar altında keçsəydi və buna görə də cərimə alsaydı, onda pit-leyndən keçdikdən sonra geriqalmanı asanlıqla aradan qaldıra bilərdi, xüsusən də Təhlükəsizlik Maşınının trasa çıxması ona kömək edərdi.

Bir az öncə Skuderoyanın mətbuat xidmətinin başçısı Luka kolayani AP agentliyinə bir daha bildirib ki, Maranelloda yarışın videoyazısı araşdırılır və cümə gününə qədər komanda protest verib ya verməyəcəyini müəyyən edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*