Ferrari Binottoya təzminat verib?

İtaliya mıtbuatının yazdığı xəbərə görə Ferrari 2023-cü ildə işləməməsi üçün Mattia Binottoya təzminat verib.

F-1.az xatırladır ki, Mattia Binotto keçən ilin sonunda Ferrari-nin komanda rəhbəri vəzifəsindən ayrılıb və onu Frederik vassyör əvəz edib.

Binottonun Audi-yə keçəcəyi iddia edilirdi. Lakin İtaliya mətbuatı yazır ki, o 2023-cü ildə işsiz qalacaq. Bunun səbəbi isə Ferrari-nin Mattiaya 12 ay heç bir yerdə işləməsin deyə təzminat verməsidir. Bu müddət ərzində Binotto başqa komadada, FİA-da və Liberty Media-da işləməyəcək və dincələcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*