Ferrari Barselonaya yeni güc qurğusu gətirir

Ferrari komandası bu il ikinci versiya güc qurğusunu Barselonaya gətirəcək.

F-1.az xatırladır ki, “qırmızılar” mühərriklə bağlı yenilikləri Kanada yarışına gətirməyi planlaşdırırdılar. Amma italyanlar planlarında dəyişiklik ediblər. Bundan başqa Shell də yeni yanacaqlarını Barselonada istifadəyə verəcək.

Mattia Binotto: “Hazırda çempionatda geridəyik və rəqiblərimizə çatmalıyıq. Buna görə də inkişaf çox vacibdir. Bakıya aerodinamik yeniliklərlə getmişdik. Barselonada da bu sahədə yeniliklər olacaq. Bundan başqa ikinci versiya güc qurğumuzu da Barselonada istifadə etməyə başlayacağıq. Shell də yanacaqlarda yeniliklər edib və yeni güc qurğusu ilə istifadəyə verəcəklər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*