Ferrari azarkeşlər üçün müsabiqə elan edib

Keçən həftə biz xəbər vermişdik ki, Ferrari komandasının mətbuat xidməti rəsmi saytında cəlbedici xəbər yerləşdirərək gerisayıma start vermişdi - komanda azarkeşlərini hansısa vacib bir tədbirin intizarında qoymuşdu. Ehtimallar içində hətta yeni maşının təqdimatı da var idi, amma hər şey çox sadə alınıb.

Bu gün Skuderiya fevralın 7-dək davam edəcək müsabiqənin başlanmasını elan edib. Müsabiqədə iştirak etmək üçün xüsusi səhifədə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra Twitter, Facebook və İnstagram hesablarından #ReadySetRed həştəqli xəbərlər paylaşmaq lazımdır. Xəbər, status, tvit, statusların sayı nə qədər çox olarsa, iştirakçı bir o qədər çox xal toplayar.

F-1.az bildirir ki, fevralın 12-də ən çox xal toplayan on azarkeşin adı məlum olacaq, Bu onluğa mükafat olaraq, komandanın 2016-cı il mövsümü üçün hazırladığı maşının onlayn təqdimatı zamanı videokonferensiyada iştirak etmək hüququ olacaq. Amma yeni maşının təqdimat tarixi və indeksi barədə heç bir məlumat verilməyib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*