Ferrari ön asılqanın konstruksiyasını dəyişməyəcək

Xeresdə mövsümöncəsi testlərin başlamasına bir aydan da az vaxt qalır – 2015-ci il mövsümünə hazırlanan maşınları ilk dəfə trasda məhz […]

Xeresdə mövsümöncəsi testlərin başlamasına bir aydan da az vaxt qalır – 2015-ci il mövsümünə hazırlanan maşınları ilk dəfə trasda məhz Xeresdə görəcəyik.

Maşınların təqdimatına qədər qalan vaxtın azalması onların texniki xüsusiyyətlərinin mediaya sızması ilə müşayiət olunur. Bu gün İtaliyanın Autosprint nəşri yazıb ki, Ferrari komandası yeni maşında asılqanların konstruksiyasını dəyişməyəcək – komandanın mühəndisləri dartıcı asılqanlara üstünlük veriblər.

Nəzəri cəhətdən belə bir texniki konstruksiya müəyyən aerodinamik üstünlük verir və ağırlıq mərkəzini aşağı salır. Bu konstruksiyaya Ferrari mühəndisləri 2012-ci ildən üstünlük verirlər – keçən mövsümdə Kimi Rəykkönenin problemləri məhz bu konstruksiya ilə izah olunur. Keçən il finlandiyalı sürücü maşının ön hissəsinin davranışından daim gileylənirdi.

F-1.az Autosprint-ə istinadən bildirir ki, Kimi Rəykkönenin sürmə stili komandanın debütantı Sebastyan Fettelin stilindən fərqlənmir. Amma ekspertlər hesab edirlər ki, mühəndislər keçən ilin səhvlərini nəzərə alıblar və yeni maşının sələfinə xas olan problemlərdən uzaq olacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*