Ferrari artıq Racing Point-dan da qorxur?

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, SF1000 yetərincə sürətli deyil.

F-1.az bildirir ki, “qırmızlar” testlərin beşinci günündə yarış tempində işləsə də, Mercedes-dən zəif görünüb.

Mattia Binotto: “Bolidi get-gedə daha yaxşı anlayırıq. Testlərin son günləri olduğunu düşünsək, tempimiz çox zəifdir. Dünən yarış tempində işlədik və bolidimiz yarış tempində də ən sürətli deyildi. Lakin bizi uzun mövsüm gözləyir. Buna görə də bolidi təkmilləşdirməyə fokuslanmalıyıq. Builki bolid döngələrdə keçənilkinə nisbətən daha güclüdür. Ancaq bu dəfə də düzlüklərdə zəifik. Mövsümün ilk yarışlarında sürətli ola bilməyəcəyimiz məlumdur.

Lyuis Həmilton yarış tempində işləyirdi. Sonra problem yaşadı. Amma o problemə qədər sürəti təsiredici idi. Sizə səmimi olaraq deyirəm ki, sürətimizi gizlətmirik. Bundan başqa Racing Point də sürət cəhətdən bizə yaxındır. Təəccüblənmirəm. Görün maşınları nəyə bənzəyir? Bizimçün təhdiddirlər. Lakin biz boş dayanmayacağıq. Bolidi təkmilləşdirib güclü olacağıq. Rəqiblərimizdən qorxmuruq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*