F-1.az xatırladır ki, Massimo Rivola 2015-ci ilin sonunda Ferrari komandasından Ferrari Sürücü Akademiyasının rəhbəri vəzifəsinə keçirilib.
Rivolo Siciliyada İtaliya Avtomobil Klubunun tədbirində iştirak edib və Ferrari-nin 2016-cı il hədəflərindən danışıb: “Keçən il hədəflədiyimizdən daha yaxşı nəticələr aldıq. Yeni layihəmiz yaxşı görünür və hamı Ferrari-dən çempionluq mübarizəsi gözləyir.
Güc qurğusunun inkişaf etdirilməsi üçün çox iş gördülər. Mən artıq inanıram ki, Ferrari komandası Mercedes ilə eyni gücdədir.
Keçən il biz şassi gücündə də Mercedes-ə uduzurduq. Ümid edirəm ki, bu il bu fərqi də aradan qaldıracayıq”.
Xatırladaq ki, Ferrari yeni mövsüm üçün hazırladığı bolidi fevralın 21-ində trasa çıxaracaq…