Ferrari Akademiyası yeni üzvünün adını açıqlayıb

Ferrari Sürücü Akademiyası hələ oktyabr ayında Maranelloda yeni müsabiqəyə başlamışdı. Yekun mərhələyə altı gənc sürücü keçmiş və dünən akademiya yeni dinləyicisinin adını açıqlayıb.

F-1.az xəbər verir ki, 2023-cü ildən 16 yaşlı kartinq sürücüsü Tuukka Taponen akademiyada təhsil alacaq.

Tuukka Taponen 2006-cı il oktyabrın 26-da Finlandiyanın Lohya şəhərində anadan olub. O, kartinq üzrə ilk böyük uğurunu 2020-ci ildə Avropa Kartinq Çempionatının finalında OKJ kateqoriyasında üçüncü yeri tutması ilə əldə edib. 2021-ci ildə Taponen OK sinfində debüt edbi və ilk cəhdində dünya çempionu olub. Cari mövsümü Tuukka KZ kateqoriyasında keçirib və özünü çox yaxşı göstərib.

Bir neçə gündən sonra Tuukka məşqlərinə başlayacağı Maranellodakı Ferrari bazasına gələcək. Onun 2023-cü il üçün yarış proqramı qısa zamanda açıqlanacaq.

Marko Matassa, Ferrari Sürücü Akademiyasının rəhbəri: “Tuukkanı Ferrari Sürücü Akademiyasında salamlamaqdan çox məmnunam. Keçən il onu yaxından izlədik və bu mövsüm göstərdiyi potensialı gördük. Son bir il ərzində o yetkinləşib və saf sürətdən əlavə, digər əsas bacarıqlara – mühəndislərlə işləmək və rəy bildirmək bacarığına, həmçinin təlimatlara əməl etmək bacarığına yiyələnib.

Trasda Formula4 maşının sükanı arxasında Tuukka kiçik təcrübəsini nəzərə alaraq, sürəti və necə tez öyrənməsi ilə bizi dərhal heyran etdi. O, həm də sübut etdi ki, ayaqları üstündə möhkəm dayanır və çox işləməyə hazırdır – bu keyfiyyətlər ən istedadlı sürücülərə xasdır”.

Tuukka Taponen: “Ferrari Sürücü Akademiyasına qəbul olunduğum üçün çox şadam. Maranelloda bir həftə keçirmək, Fyorano trasında işləmək mənə inanılmaz təcrübə qazandırdı.

Artıq trasda tanış olduğum digər uşaqlar və mühəndislərlə birlikdə akademiyada işə başlamaq üçün səbirsizlənirəm. Ferrari-nin şahə qalxmış atı həkk olunmuş yarış kombinezonu geyindiyim üçün çox qürur duyuram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*