Ferrari aerodinamik hava kanalını yoxlayacaq

Mövsümöncəsi testlərin Barselonada son seriyasında və mövsümün ilk yarışında McLaren-in mühəndisləri rəqiblərini maraqlı aerodinamik elementlə təəccübləndirmişdilər – motorun üstündəki hava […]

Mövsümöncəsi testlərin Barselonada son seriyasında və mövsümün ilk yarışında McLaren-in mühəndisləri rəqiblərini maraqlı aerodinamik elementlə təəccübləndirmişdilər – motorun üstündəki hava kanalı arxa antiqanadın effektliyini dəyişməklə düz yolda sürəti artırır. Belə bir elementi artıq Sauber komandası da test edib, sabah isə sərbəst yürüşlərdə Ferrari komandası öz variantını yoxlayacaq.

Britaniyanın Autosport qəzetinin verdiyi məlumata görə, sabah yalnız Fernando Alonsonun maşınına yeni motor qapağı quraşdırılacaq, Felipe Massa isə əvvəlki konfiqurasiyada çıxış edəcək – bu yolla mühəndislər yeni elementin effekliyini qiymətləndirə biləcəklər. Yarışın gedişində bu elementdən istifadə olunması hələ məlum deyil….

fer13
Fernando Alonso: “Şanxay trası çempionatın ən uzun düz yollarından birinə malikdir və biz bilirik ki, McLaren maşınları ilk yarışlarda belə bir elementin sayəsində düz yollarda ciddi üstünlüyə malikdirlər.

Biz işimizi davam etdiririk və hava kanalını həlledici istiqamət adlandırmaq olmaz – komanda maşının ümumi effektliyini artırılması üzərində planauyğun işləyir. Biz bu uik-end inkişaf etməliyik, gələn yarış Avropada olacaq və maşına daha çox yenilik qurulacaq.”

Şayiələrə görə, Williams komandası da savah hava kanalının öz variantını test edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*