F-1.az xatırladır ki, İtaliya mətbuatı Binottonun artıq ayrıldığını və tezliklə rəsmi xəbərin çıxacağını yazmışdı. Lakin komandanın mətbuat katibi bu iddiaları rədd edib və bildirib ki, gün ərzində hər hansı bir açıqlama olmayacaq.
Ferrari-də 675 kodlu 2023-cü il maşınının üzərində işləyirlər və bu layihəyə Enriko Kardile başçılıq edir. Əvvəl isə bu işlərə Mattia Binotto nəzarət edirdi. Yəni ki, komanda rəhbəri olsa da, Mattia texniki şöbəyə daimi nəzarət edirdi.
Bundan başqa icarə əsasında Haas-da işləyən Simone Restanın da Ferrari-yə qayıdacağı deyilir.
Binottonun yerinə kim gələcək bilinmir. Əsas namizədlər Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör və Benedetto Vinyadır.