F-1.az xatırladır ki, keçən il hər sürücü 20 yarışa 4 mühərrikdən istifadə edə bilərdi. Lakin bu il 21 yarışa 3 mühərrikdən istifadə edəcəklər. Red Bull komandasının rəhbəri Kristian Horner mühərrik sayını 4-ə yüksəltmək istəsə də, bu təklif rədd edilmişdi.
Frants Tost: “Keçən il istehsalçılar daha az yarışda 4 mühərrikdən istifadə etdilər. Bu il isə yarış sayı artsa da, mühərrik sayı azalıb. Bu qayda dəlilikdir. Təkcə Ferrari bu qərarı dəstəklədi, çünki digərləri 4 mühərrik təklifini dəstəkləyirdi. Ferrari üç mühərriklə üstünlük qazanacağını düşünür. Artıq bunu qəbul etməliyik, ancaq mövsümün sonunda neçə mühərrikdən istifadə edəcəyimizi bilmirəm”.