Ferrari 2025-ci ilin maşınında Həmiltonun istəklərini nəzərə alıb

İtalyan mətbuatının məlumatına görə, Ferrari-nin 2025-ci il üçün hazırladığı yeni maşının konstruksiyasında Lyuis Həmiltonun istəkləri nəzərə alınıb.

F-1.az yerli mənbələrə istinadən xəbər verir ki, Skuderiyanın ənənəvi üslubu olmamasına baxmayaraq, ön asılqanda itələyicilər əvəzinə dartıcılardan istifadə olunacaq. Bu həm Həmiltonun, həm də Şarl Leklerin sürmə stilinə uyğun gələcək.

Nəticədə gələn il dörd ən güclü komandanın dördündə də ön asılqanda dartıcılardan istifadə ediləcək. Bu tendensiya ilk dəfə 2022-ci ildə Red Bull tərəfindən tətbiq edilmişdi və rəqiblərin də diqqətini çəkmişdi. Mercedes və McLaren artıq bu mövsüm həmin sistemə keçid ediblər.

Maraqlıdır ki, Lyuis Həmilton uzun illər Mercedes-də ön asılqanda dartıcılarla çıxış edib və bu sistemin üstünlüklərini yaxşı bilir. Görünür onun Ferrari-yə keçidi bu qərarın qəbul edilməsində rol oynayıb. Həmçinin gənc pilotların, xüsusilə də Şarl Leklerin bu sistemə adaptasiya olunması asan olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*