F-1.az xatırladır ki, İtalyanlar mövsümə pis başlayıblar. Hazırda ən sürətli 5-ci komanda kimi görünən “qırmızılar” üç yarışdan cəmi 27 xal toplaya biliblər. Buna görə də Con Elkan 2022-ci ildəki yeni texniki reqlamentə ümid edir: “Ferrari çətin bir dövrdən keçir. 2008-ci ildən bəri Mühəndislər Kubokunda, 2007-ci ildə isə Sürücülər Çempionatında qalib ola bilmirik. Aerodinamika ön plana çıxandan sonra Red Bull, hibrid mühərriklərdən sonra isə Mercedes qələbələr qazandı.
Bu il layihədə səhvlər etdik. Aerodinamika cəhətdən problemlərimiz oldu və mühərrik gücümüzü itirdik. Bolidimiz zəifdir və bu belə davam edəcək. Hazırda 2022-ci il mövsümünün reqlamentinə fokuslanmışıq”.