F-1.az xatırladır ki, komandaların bu il ixtiyarında sadəcə 140 milyon dollar var idi. Onlar bu pula həm yeni maşın düzəldiblər, həm də mövsüm ərzində yeniliklər gətiriblər. Komandalar artıq limitə yaxınıaşdıqca 2022-ci il bolidinin inkişafı sonlandırılır və 2023-cü ilin maşınına köklənirlər.
Red Bull artıq son 4 yarışa yenilik gətirməyəcək. Mercedes isə son yeniliklərini ABŞ-da gün üzünə çıxaracaq. Ferrari isə son böyük yeniliklərini Yaponiyada istifafə etdi etdi.
Komandanın rəhbəri Mattia Binotto da Suzuka yarışından sonra mətbuata bildirib ki, “Suzukadakı yeniliklər bu mövsüm üçün sonuncudur”.