F-1.az xatırladır ki, italiyalı komanda rəhbəri daha əvvəl bildirmişdi ki, bolidləri Mercedes və Red Bull-a nisbətən zəifdir.
Mattia Binotto: “2020-ci ildə rəqibimizə çatmaq istəyimiz 2021-ci il layihəmizə necə təsir edəcək? Bu, gözəl sualdır. Mövsümün əvvəlindəyik və çalışacağıq ki, maksimum nəticə qazanaq. Çünki bolidin zəif yönlərini anlamaq lazımdır. Ümid edirəm ki, bunu tezliklə müəyyənləşdirərik. Bir neçə yarışdan sonra fərqin böyük olduğunu görsək, növbəti mövsümə hazırlaşmağı nəzərə alacağıq. Hazırda planımız 2020/2021-ci illəri əhatə edir”.