F-1.az xəbər verir ki, bu ağ xətt Niki Lauda və Jan Alezinin idarə etdiyi Formula1 bolidlərini xatırladır.
Əgər bu xəbər doğru olsa, italyanların 2016-cı ildə yarışacağı bolid Ferrari F93A-nı xatırladacaq. Tiffozilər F93A markalı bolid ilə 1993-cü ildə yarışıb. Bu bolidi Jan Alezi və Gerhard Berger idarə edib.
Xəbərdə qeyd edilib ki, yeni Ferrari-nin üzərində olacaq ağ zolaq qış çələngini və ya Kimi Rəykkönenin tekilasında olan duz həlqəsini xatırladacaq.
F1 Analisti Tecnica əlavə edib ki, xəbərin mənbəyi Ferrari-dən etibarlı şəxsdir.
Bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün Ferrari-nin yeni bolidinin təqdimatını gözləmək lazımdır.