F-1.az xatırladır ki, “qırmızılar” sonuncu Sürücülər Çempionluğunu 2007-ci ildə, sonuncu Mühəndislər Kubokunu isə 2008-ci ildə qazanıblar. Ferrari 2010-cu ildə Alonso ilə çempionluğun bir addımlığında olsa da, mövsümün son yarışı Əbu Dabidə səhv strategiya seçərək titulu Fettelə hədiyyə etmişdi.
Flavio Briatore: “Ferrari-nin niyə qazana bilmədiyini anlamıram. Mliyyə cəhətdən güclüdürlər. Güclü mühəndisləri var və məncə onları idarə edən adam yoxdur.
Alonsonun tək səhv qərarı 2007-ci ildə McLaren-ə getməsi oldu. Ferrari-də isə iki dəfə çempionluq itirdi. Ancaq heç biri öz səhvi deyildi. 2010-cu ildəki çempionluğu demək olar təmin etmişdi. Ancaq komanda körpüsü ciddi səhv etdi. Bu, böyük zərbə idi. Fernandonu ilk dəfə ağlayan görürdüm. Fernando çempion olsa, hər şey dəyişərdi. Stefano Domenikali və Luka di Montedzemolo komandada qalacaqdı. Hər şey 2010-cu ildən sonra başladı və səhv qərarlar verildi”.