Ferrari 18 düyməlik təkərlərin testlərini təxirə salıb

Bu həftə Fyorano trasında Pirelli şirkəti və Ferrari komandası 2021-ci il mövsümü üçün 18 düyməlik təkərlərin testlərini keçirməyi planlaşdırmışdılar.

F-1.az xəbər verir ki, bu gün İtaliyanı təmsil edən hər iki tərəf ölkənin şimalında koronavirusun yayılması ilə əlaqədar testlərin ləğv olunduğunu elan edib.

“Dünya miqyasında koronavirusun yayılması səbəbiylə Ferrari və Pirelli tərəfindən qəbul edilmiş məhdudlaşdırma siyasəti üzündən martın 5-də Fyoranoda keçirilməsi planlaşdırılan 2021-ci il mövsümünün 18 düyməlik yağış təkərlərinin testləri təxirə salındı, – tərəflərin yaydığı mətbuat relizində bildirilib. – Testlər ən yaxın vaxtda imkan olan kimi Fyoranoda keçiriləcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*