F-1.az xəbər verir ki, bu barədə məlumat yarışın rəsmi “Twitter” səhifəsində yerləşdirilib.
Yolsuzluq avtomobilləri sinfində mübarizə aparan idmançı mərhələnin ilk kilometrlərində qəzaya uğrayıb. Belə ki, onun idarə etdiyi avtomobil aşıb. Bundan sonra ekipaj yarışı davam etdirə bilməyib – sağ təkər və asılqanı dəyişmək lazım gəlib.
Qeyd edək ki, doqquz mərhələdən sonra Alonso ümumi yarış cədvəlində onuncu pillədə qərarlaşıb. O, lider ata Karlos Saynsdan 3 saatdan çox geri qalır.