Fernando Alonso bu detala görə qəza edib

Alpine komandasının sürücüsü Fernando Alonso 1.5 avroluq yağ möhürünə görə sıralanma turunda qəza edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Albert Parkdakı sıralanma turunda poul uğrunda mübarizə aparırdı, amma hidrovlik problem yaşayaraq, yarışa 10-cu yerdən başlamalı oldu.

Komanda sıralanma turundan sonra problemi araşdırıb və məlum olub ki, bunun səbəbi 1.5 funtluq yağ möhürüdür.

Otmar Szafnauer: “Yağ möhürü zədələndi və yağ sızmağa başladı. Belə olan halda yağın təzyiqi də düşdü. Problem vaxtı motoru xilas edən təhlükəsiz rejim işə düşdü. Vəziyyət bu idi. Bir dənə yağ möhürünü dəyişməli olduq.

Sıralanma turunda yaxşı yer tutsaydıq, yarış Fernando üçün fərqli ola bilərdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*