F-1.az xəbər verir ki, ыıralanma turundan əvvəl məlum olub ki, Mahindra motorları çalışan 4 maşın poul uğrunda mübarizədə iştirak etməyəcək – bu maşınların arxa asılqanlarında hələlik məlum olmayan problem üzə çıxıb, ona görə də təhlükəsizlik baxımından sürücülər sessiyaya buraxılmayıblar.
A Qrupunda 10 sürücünün mübarizəsi Fenestrazın üstünlüyü ilə başaçatıb, ondan başqa Nik Kəssidi, Paskal Verlyayn və Jan Erik Vern də növbəti mərhələyə vəsiqə qazanıblar.
B qrupunda isə mübarizəyə 8 sürücü başlasa da, tezliklə Maserati-dən Edoardo Mortaro qəzaya uğrayıb və 7 nəfərdən mübarizəni dayandıran 3 sürücünü müəyyən etmək çox çətin olub, amma yekunda keçənilki çempion Stoffel Vandorn, bu il ilk yarışın qalibi Ceyk Dennis və Jaguar-dan Səm Börd mübarizəni dayandırıblar. Ən yaxşı nəticəni McLaren-dən Ceyk Dennis göstərib. Mitç Evans, Sebastyen Buemi və Maksimian Günter pley-offa çıxıblar.
Bütün 1/4 qarşılaşmalar gənc sürücülərin xeyrinə başa çatıb – Kəssidi Verlyaynı, Evans isə Buemini üstələyib. Fransızların mübarizəsində Fenestraz, almanların mübarizəsində isə Günter daha təcrübəli həmyerlilərindən güclü olublar.
Yarımfinalda Fenestraz Kəssidini, Günter isə Evansı məğlub edərək finala yüksəliblər. Yekun mübarizədə isə çempionatın debütantı rəqibin səhvindən istifadə edərək ilk pouluna sevinib.
Keyptaunda salınmış 12 döngədən ibarət süni trasda ötmək olduqca çətindir, görəsən, Saşa bu gün ilk poulunu ilk qələbəyə çevirə biləcəkmi?