Fəllovz: Rəqiblərin qərarlarını kopyalamamalıyıq

Aston Martin-in sahibi Lourens Strollun komandanı Formula1-də lider mövqeyə gətirmək üçün ciddi planları var.

F-1.az xəbər verir ki, Silverstoun bazasında yeni istehsalat binalarının və aerodinamik borunun tikintisi sürətlə gedir və Red Bull-da aerodinamikaya cavabdeh olan Dən Fəllovz, komandanın texniki direktoru vəzifəsini tutub.

Çempionat komandasında böyük təcrübəsinə baxmayaraq, Fəllovz əmin edir ki, uğur qazanmaq üçün Aston Martin rəqiblərin texniki həllərini nüsxələməyəcəklər.

Dən Fəllovz: “Rəqiblərimizin texniki qərarlarını kopyalamadığımızdan əmin olmalıyıq. Düşünmürük ki, Mercedes, Red Bull və Ferrari kimi komandaları kopyalasaq, onları qabaqlaya bilməyəcəyik. Maşının inkişafına öz yanaşmamız olmalıdır, lakin bu, vaxt aparacaq.

Komanda artıq iddialı mütəxəssisləri toplamağa nail olub və yeni bazanın tikintisi onu göstərir ki, biz inkişaf edirik və tezliklə qalib gəlmək iddiasında olan komandanın mövqeyində olmaq üçün yüksəliş prosesini sürətləndirmək istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*