Felipe Massa: “Həmiltonu necə arxamda saxladım”

Felipe Massa MotorSport.com saytı üçün köşə yazısı yazıb və sürücülərin şam yeməyindən tutmuş Lyuis Həmiltonla Çin yarışındakı mübarizəsindən danışıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü Çin yarışında Lyuis Həmiltonla sona qədər mübarizə apardı və mübarizədən qalib ayrıldı. İndi isə sizə Felipe Massanın yazısını təqdim edirik…

Felipe Massa: “Çinin yeri mənim üçün başqadır. Şanxaya gələn kimi dərhal tras və həftəsonu barədə düşünmürəm. Burada ilk düşündüyüm şey fanlarımla görüşməkdir.

Bəzilərini artıq yaxşı tanıyıram. Onlar məni hər il otelimin qabağında gözləyirlər. Elə vaxt olur ki, bütün günü mənim gəlməyimi gözləyirlər. Digər ölkələrdə də fanlarım var, hamı ilə əl-ələ salamlaşırıq, bir neçə imza alırlar və şəkil çəkdirirlər, amma Çində belə deyil. Mütləq mənə hədiyyələr gətirirlər. Elələri var ki, mənim həyatımı məndən yaxşı bilirlər. Dostlarımın, ailə üzvlərimin adlarını bilirlər. Bu il təkcə mənə yox, oğluma və qardaşımın oğluna da hədiyyələr gətirmişdilər.

Fanlarım mənə yüksək əhval-ruhiyyə bəxş edirlər. Evimdən çox uzqda olsam da, istiqanlı insanların əhatəsində olmaq gözəl hissdir.

Şanxayda sürücülər arasında şam yeməyi təşkil edildi. Sizə qəribə bilər, amma biz neçə ildir bir yerdə yarışsaq da, paddoku günlərlə bölüşsək də, bir-birimizi yaxşı tanımırıq. Bolidin içində hamı ancaq özü barədə düşünür. Hamımız bütün rəqiblərimizi keçmək və ən öndə olmaq istəyirik. Dəbilqəni başımızdan çıxardıqdan sonra isə hamımız eyni problemlər, eyni hədəflər barədə düşünürük.

Ona görə də Şanxaydakı şam yeməyi hamımız üçün əla oldu. Yarışlardan uzaqlaşıb, bir-birimizlə söhbət etdik və bir-birimizə hekayələr danışdıq. Oradakı abu-hava mükəmməl idi. İnanıram ki, oradakı hər kəs öz otağına yüksək əhval-ruhiyyə ilə getdi.

Mən bu cür tədbirlərin faydalı olduğuna inandım. Ümid edirəm ki, gələcəkdə bunu tez-tez edərik.

Yarışın sonunda Lyuis Həmiltonla 6-cı yer uğrunda mübarizə apardıq və mən yerimi qorumaq üçün müdafiə olunmalı idim. Bu heç də asan olmadı.

Eyni təkərləri istifadə edirdik (o, məndən bir dövrə əvvəl pitə girmişdi) və hər şey bizim üçün bərabər idi. Onun bolidində zədə var idi, amma yaddan çıxarmaq olmaz ki, axamda Mercedes maşını idi.

Nəticədə yerimi qoruya bildim. Ən əsası isə ön təkərləri istədiyim kimi istifadə etdim və onları qoruya bildim.

Hələ qış testlərində əldə etdiyim məlumatları Çin QP-də istifadə edə bildik. Mühəndislərlə işləməyin nəticəsini almaq həmişə gözəldir. Komanda daxilində münasibətlərə müsbət təsir edir. Mən döngədən çıxdıqdan sonra təkərləri tam düzəltməmiş qazı basmırdım. Bununla da təkərləri yeyilməkdən qorudum. Yarışın sonunda Bottasla mənim təkərlərim arasında fərq məhz buna görə yaranmışdı.

Çində qazandığım nəticədən sonra turnir cədvəlindəki yerimi qoruya bildim. Bütün sürücülərin mövsümün əvvəlində çoxlu gözləntiləri olur. Onlar çox böyük hədəflərlərlə yeni mövsümə başlayırlar. Amam reallıqda hər şey tam fərqli alınır…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*