Felipe Massa FW38-dən razıdır

Williams komandasının sürücüsü Felipe Massa yağ sızıntısına görə testləri vaxtından əvvəl birirmısinə baxmayaraq, FW38-dən razı qalıb...

F-1.az xəbər verir ki, Felipe Massa testlərin üçüncü günündə 109 dövrə vurub və günü 10-cu yerdə bağlayıb.

Felipe Massa FW38 barədə təəssüratlarını bölüşüb: “Bu gün 109 dövrə vurduq və yaxşı gün oldu. Testlərin əvvəlində FW38-i tanımağa çalışdım.

Yeni bolidin keçənilkindən daha yaxşı olduğunu hiss etmək insana xoş təəssürat bağışlayır. Amma yeni bolidin üzərində davamlı işləməlisiniz.

Gün ərzində bolidin üzərində işlədik. İlkin təəsüratlarımız yaxşıdır. Yeni boliddə görüləcək çox iş var. Amma hələ görəcəyimiz çox iş var.

Heyif ki, günün sonunda bəzi problemlərimiz oldu, amma bizə çox təsir etmədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*