F-1.az xatırladır ki, Felipe Massa 2002-ci ildə Sauber komandasında debüt edib və bu günədək 242 Qran Pridə iştirak edib. Braziliyalı sürücü karyerası boyu 11 qələbə qazanıb və 2008-ci ildə çempionluğu cəmi bir xal fərqilə əldən verib.
Massanın idmandakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Williams komandasının rəhbərliyi isə 2017ci il üçün variantları dəyərləndirir və hələ pilot heyəti barədə açıqlama verməyib…