Felipe Druqoviç Silverstounda testlər keçirib

Ötənilki Formula2 çempionu Felipe Druqoviç bu mövsüm Aston Martin-in ehtiyat pilotudur. Braziliyalı bütün mərhələlərə qatılır və lazım gələrsə, komandanın əsas sürücülərindən birini sükan arxasında əvəzləməyə hazırdır.

F-1.az xatırladır ki, Felipe Bəhreyndə ilk mərhələdə Ləns Stroll əlindən zədə alan zaman onu əvəzləməyə çox yaxın idi.

Amma Druqoviç mövsümöncəsi testlərdə kanadalı sürücünü əvəz edərək builki maşının sükanı arxasında bir gün işləmişdi, lakin bu, mövsümə tam hazırlıq üçün kifayət deyil. Komanda bunu başa düşür və mövsüm ərzində ehtiyat sürücü üçün özəl testlər planlaşdırırıb.

Bu gün Felipe 2021-ci ilin AMR21 maşını ilə Silverstounda birgünlük testlər keçirib. Aston Martin testlər barədə ətraflı statistika təqdim etməsə də, Druqoviçin Formula1 boldinin sükanı arxasında dəyərli təcrübə qazandığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*