F-1.az xəbər verir ki, bu trasda sıralanma turu fərqli formatda keçirilir – sürücülər 3 dövrədən ibarət iki cəhd edirlər, sonra həmin cəhdlər zamanı iki sürətli dövrənin orta kəmiyyəti tapılır.
McLaren komandasının sürücüsü Feliks Rozenkvist hər iki cəhdində 220 mil/saatdan çox sürət göstərən yeganə sürücü olub. Keçən il də bu trasda poul qazanan Feliks birinci cəhdində 220.480, ikinci cəhdində isə 220.048 mil/saat orta sürət göstərib. Onun orta kəmiyyəti 220.264 mil/saat təşkil edib.
Chip Ganassi komandasının sürücüsü Skott Dikson 219.972 mil/saat orta sürətlə 2-ci olub. Feliksin komanda yoldaşı Aleks Rossi 219.960 mil/saat nəticə ilə ilk üçlüyü tamamlayıb.
Keçənilki yarışın qalibi Cozef Nyuqarden 4-cü, McLaren komandasının daha bir sürücüsü Pato O Vard isə 5-ci nəticə göstəriblər.
Keçmiş F1 sürücüləri Takuma Sato 6-cı, Roman Qrojan 11-ci, mövsümün ilk yarışının qalibi Markus Eriksson isə 16-cı yeri tutublar.
Xatırladım ki, Texas avtodromunda baş tutacaq yarış bazar günü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq…