Mətbuatın və avtoidman ictimaiyyətinin fəal müzakirə etdikləri mövzulardan biri ikiqat dünya çempionu Fernando Alonsonun gələcəyi barədədir: hamı əmindir ki, ispan sürücü üçün Ferrari-yə yol birbaşa açıqdır. Formal olaraq qarşıdakı iki il üçün Alonsonun Renault ilə müqaviləsi var, elə Ferrari-də də iki il boş yer olmayacaq – orda əvvəlki kimi Felipe Massa və Kimi Rəykkönen çıxış edəcəklər. Bunlara baxmayaraq, jurnalistlər sakitləşmirlər, hər iki komandanın rəhbərlərinin və sürücülərinin müsahibələrində gizlənmiş fikirləri axtarırlar.
Bu həftə həm Flavio Briatore, həm də Alonso müxtəlif şayiələrə kifayət qədər kəskin münasibət bildiriblər, onlar, ümumiyyətlə, bu mövzuda heç danışmaq istəmirlər…
Flavio Briatore: “Mən başa düşmürəm ki, qəzetlərdə işləyən bu adamlar niyə bu qədər yalan danışırlar.”
Fernando Alonso: “Mən bilirəm ki, daim bu mövzuda mənə suallar olaacq, amma indi bunun vaxtı deyil. Mən bütün diqqətimi qarşıdakı mövsümə yönəltmişəm və bu mövsümü Renault ilə birlikdə keçirəcəm… Ümid edirəm ki, bu il mən yarışlarda qalib gələ biləcəm və titul uğrunda mübarizə aparacam, bundan sonra Ferrari-ni unutmaq olar.”