F.Briatore FİA ilə razılaşmanı təsdiq edib

Bu gün FİA reliz yayaraq bəyan edib ki, Nelsinyo Pikenin 2008-ci ildə Sinqapur yarışında bilərəkdən qəza törətməsi məsələsinin araşdırılmasına son […]

Bu gün FİA reliz yayaraq bəyan edib ki, Nelsinyo Pikenin 2008-ci ildə Sinqapur yarışında bilərəkdən qəza törətməsi məsələsinin araşdırılmasına son qoyulub. Federasiya bildirib ki, “Flavio Briatore və Pət Simonds bu məsələdə təəssüfləndiklərini bildiriblər və FİA-dan üzr istəyiblər”, bir qədər sonra isə Briatore cavab bəyanatını yayıb…

Bəyanatda deyilir: “Flavio Briatore FİA ilə əldə etdiyi razılaşma barədə elan edir. 2008-ci ildə Sinqapurda baş vermiş qəza barədə bütün məsələlərə son qoyulub. Federasiya bu ilin əvvəlində Paris Məhkəməsinə qərarına qarşı iddiasını geri götürüb – Məhkəmə isə FİA-nın Ümumdünya Şurasının Briatorenin ünvanına qəbul etmiş keçənilki qərarını qeyri-legitim hesab etmişdi.

Flavio Briatore 2012-ci ilə qədər Formula1-də və 2011-ci ilə qədər FİA-nın digər seriyalarında hər hansı bir rəhbər vəzifəni tutmaqdan imtina edib. Bu Sinqapur hadisələrinə məsuliyyət bölgüsündən irəli gələn addımdır.

Flavio Briatore bundan sonra bu msələyə heç bir şərh verməyəcək, hər şey araxda qalıb, indi o bütün diqqətini gələcək planlarına yönəldib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*