F.Alonso yeni maşından narazıdır?

Renault-nun yeni maşınının ilk testləri komandanın istədiyi kimi problemsiz ötüşməyib, bu barədə bir daha İsveçrədə nəşr olunan Motorsport Aktuell həftəliyi […]

Renault-nun yeni maşınının ilk testləri komandanın istədiyi kimi problemsiz ötüşməyib, bu barədə bir daha İsveçrədə nəşr olunan Motorsport Aktuell həftəliyi xəbər verib. Məsələ yalnız ilk test proqramının tam yerinə yetirilməsinə mane olan pis hava şəraitində deyil: həftəliyin ekspertlərinin fikrincə, hələlik R29 sürətli deyil, bunu testlərin protokollarından da görmək olar. Nelsinyo Pike və Fernando Alonso mütəmadi olaraq rəqiblərinə bir neçə saniyə uduzublar.

Beləliklə, isveçrəli jurnalistlər keçən həftə ispan mətbuatında deyilənlərlə razılaşıblar: Alonso yeni maşının idarəolunma xarakteristikalarından narazı qalıb. Daha konkret söyləsək, əsas problem R29-un aerodinamikası və şassinin trasda, xüsusən də aşağı sürətdə qeyri-stabil davranışıdır.

İspaniyada dərc olunan Marca Fernando Alonsonun sözlərinin sitat gətirib: ikiqat dünya çempionu deyib ki, çempionatın başlanmasına qədər keçiriləcək iki test sessiyasına böyük ümidlər bəsləyir.

Fernando Alonso: “Ümid edirəm ki, bu testlərdə bizim maşının sürəti nəzərəçarpacaq dərəcədə artacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*