F.Alonso Xeres testlərində iştirak etməyəcək

Ferrari komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni maşını Xeres trasına birinci Felipe Massa çıxaracaq – bu barədə Skuderiyanın mətbuat […]

Ferrari komandasının 2013-cü il mövsümü üçün hazırladığı yeni maşını Xeres trasına birinci Felipe Massa çıxaracaq – bu barədə Skuderiyanın mətbuat xidməti xəbər verib. Massa dördgünlük test sessiyasının ilk 3 günü işləyəcək, sonuncu gün trasda onu komandanın yeni test sürücüsü Pedro de la Rosa əvəz edəcək.

Fernando Alonso fevralın ilk yarısında öz proqramı üzrə işləyəcək – intensiv məşqlərdən sonra ispaniyalı sürücü fevralın 19-da Barselona testlərində 3 gün ardıcıl işləyəcək, sonuncu gün isə sükan arxasında onu Felipe Massa əvəz edəcək. Sonuncu Barselona testlərində Ferrari sürücülərinin hər biri 2 gün işləyəcək.

Bu gün komandanın Maranellodakı bazasında Pedrodan oturacaq nümunəsi götürülüb. Bazada yeni maşının yığılması davam edir və dünən şassiyə quraşdırılmış motor işə salınıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*