Bir neçə il əvvəl Fernando Alonso ən gənc yarış qalibi olmuşdu, daha sonra ən gənc dünya çempionu adını qazanmışdı, amma çempionat ildən-ilə cavanlaşır – bu rekordlar artıq ona məxsus deyil, ikiqat dünya çempionu isə etiraf edib ki, bir neçə ildən sonra karyerasını başa vurmaq barədə düşünəcək…
Fernando Alonso: “Həyat çox sürətlə gedir, mən artıq bir çox həlledici anları xatırlamıram – mənim cəmi 28 yaşım var, son səkkiz ilimi Formula1-də keçirmişəm və bu illər ərzində çox hadisələr olub. Bəlkə bir az da yaşım çıxalanda ən yaxşı anları təhlil edəcəm, amma indi xatirələrə vaxt yoxdur.
Kartinqdə çıxış edərkən Formula1 mənim üçün əlçatmaq arzu idi, bu arzu F3000-də çıxış edərkən reallığa yaxınlaşdı, əvvəllər mənim nə pulum, nə də zəruri dəstəyim var idi. Nissan Formulasında və daha sonra F3000-də Formula1-ə keçmək arzusu bərkidi, sonra isə mənim həyatıma Flavio Briatore gəldi və mən Formula1-ə keçdim – hər şey çox sürətlə dəyişirdi.
Karyeramın əvvəlində həyacan səbəbləri çox idi – KİV tərəfindən yüksək diqqət, böyük ştatlı texniki personl, böyük bazalar, amma vaxt ötdükcə hər şeyə alışırsan. Hansısa anda bütün diqqətini işə yönəltməlisən, trasda baş verənlərə.
Mən üç yaşımda kart sükanı arxasına oturmuşam, bir neçə ildən sonra isə karyeramı başa vurmaq barədə düşünəcəm – 35 yaş avtoidman üçün kifayət edər.”