F.Alonso testlərdə 3 gün işləyəcək

Barselonada mövsümöncəsi testlərin ikinci seriyasına hazırlaşırlar – testlər gələn həftənin çərşənbə axşamı başlayacaq. Avtodromun rəhbərliyi azarkeşlərin böyük marağına ümid edir, […]

Barselonada mövsümöncəsi testlərin ikinci seriyasına hazırlaşırlar – testlər gələn həftənin çərşənbə axşamı başlayacaq. Avtodromun rəhbərliyi azarkeşlərin böyük marağına ümid edir, çünki fevralın 19-dan 21-dək yerli azarkeşlərin kumiri Fernando Alonso yeni F138-in sükanı arxasında debüt edəcək.

İspaniyalı sürücü dördgünlük testlərin ilk üç gününü trasda keçirəcək, son günü isə onu sükan arxasında Felipe Massa əvəz edəcək.

Testlər başlayan gün Williams komandası yeni maşınını təqdim edəcək.

Tribunalara giriş İspaniya Qran Prisinə bilet alanlar üçün və 12 yaşınadək olan uşaqlara pulsuzdur, digərləri üçün isə 15-20 Avrodur. Hava proqnozu test günlərində yağışsız mülayim hava vəd edir, temperatur +8-16 dərəcə olmalıdır…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*