Hələ mövsümöncəsi testlərdə Pirelli təkərlərinin belə bir xüssiyyəti üzə çıxmışdı – Bridgestone-la müqayisədə trayektoriya çox nazik qatla örtülür, amma trayektoriyadan kənar ərazilər isə kiçik qırıntılarla dolur, bu sahədə asfalt çirkləndiyi üçün trasla ilişmə kəuskin aşağı düşür.
Sürücülər bu haldan gileylənmişdilər, Malayziya Qran Prisindən sonra isə Fernando Alonso Pirelli-yə müraciət edərək onları vəziyyətə təsir etməyə çağırıb…
Fernando Alonso: “Malayziyada Melburna nisbətən işimiz çox çətinləşmişdi, ona görə də bizi Kanada, Sinqapur və Monako yarışlarının aqibəti narahat edir. Ötmə zamanı trayektoriyadan çıxan kimi bu qırıntılar təkərə yapışır, nəticədə növbəti döngədə siz əylənmə nöqtəsini buraxmalı olursunuz və qəzaya düşə bilərsiniz.
Malayziyada tras çox enlidir, yəni belə bir səhvdən sonra trasa qayıtmaq mümkündür, amma dar traslarda problemlər gözlənilir. Ehtiyatlı olmaq lazımdır – belə xüsusiyyətlərə də öyrəşmək zəruridir.”