F.Alonso: “McLaren-dən getməyim həyatımın ən düzgün qərarıdır”

İspaniyanın Selected Class jurnalının müxbirləri Fernando Alonsoya çox maraqlı iki sual veriblər: Formula1 tarixinin hansı dövründə çıxış etmək istəyərdi və […]

İspaniyanın Selected Class jurnalının müxbirləri Fernando Alonsoya çox maraqlı iki sual veriblər: Formula1 tarixinin hansı dövründə çıxış etmək istəyərdi və Həmiltonun McLaren-dən getməsi barədə nə düşünür…

Fernando Alonso: “Mən elə karyeramda olan illərdə çıxış etmək istəyərdim, çünki əvvəlki maşınların necə olmasını bilmirəm. Mən hesab edirəm ki, 2003-2005-ci illərdə Formula1 ən gözəl idi, biz V10 motorlarından istifadə edirdik, bütün rekordlar məhz həmin illərdə göstərilib və mən həmin illərə qayıtmaq istərdim.

Əslində, rekordlar elə də böyük əhəmiyyət kəsb etmir, yarışlarda siz tam öz işinizə qapanırsınız, mübarizədə iştirak edirsiniz ya da növbəti yarışa hazırlaşırsınız. Sizə deyəndə ki, podiumların sayına görə Senna ilə bərabərləşmisiniz, buna inanmaq çətin olur – mənim yaxşı yadımdadır ki, balaca olanda evdə Ayrtonun maşınlarının modelləri ilə oynayırdım, divarda isə onun böyük plakatı asılmışdı.

Həyatımda ən yaxşı qərar məhz McLaren-dən getməyim olub. Ona görə də Həmiltonun da bu komandadan getməsi məni təəccübləndirmədi. Lyuis 2008-ci ildə titul qazandı, McLaren güclü komandadır, sürətli maşınlar qurur, qələbə qazanır, amma son on ildə onlar cəmi bir titul qazanıblar. Məncə, Lyuisin qələbə qazanması üçün McLaren yeganə komanda deyil.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*