Fernando Alonso Kanada Qran Prisində yalnız McLaren sürücülərinə uduzaraq üçüncü olub – uğursuz Türkiyə Qran Prisindən sonra komandanın inkişafı göz qabağındadır…
Fernando Alonso: “Yaxşı gün oldu, Kanadada bizim maşın çox rəqabətədavamlı idi və bu gün mənim Lyuislə qələbə uğrunda mübarizə aparmaq imkanım var idi. Mexaniklərin pit-stopda fantastik işi sayəsində mən onu keçə bilmişdim.
Amma təəssüf ki, bu gün mən trafikdə iki mövqe uduzdum və 25 xal əvəzinə cəmi 15 xal qazandım, amma komanda ciddi inkişaf edib – Türkiyədə biz finişdə McLaren-ə əlli saniyə uduzmuşduq, bu gün isə qələbə uğrunda mübarizə aparırdıq. Biz düzgün istiqamətdə irəliləyirik və mübarizəyə qayıtmışıq.
Bu gün maraqlı qarşıdurmalar çox oldu, mən şadam ki, yenidən qələbə uğrunda mübarizə apara bilirəm və bu gün podiuma qalxa bildim.”