Madriddə təşkil olunmuş xüsusi mərasimdə Fernando Alonso “İspaniya brendi”nin bütün dünyada səfiri seçilib. Bu fəxri ad ölkənin imicini dünyada möhkəmlədən şəxslərə, ictimai təşkilat və ya şirkətlərə verilir. Mərasimi Asturiya şahzadəsi Felipe aparıb.
Titul böyük məsuliyyət tələb edir, çünki ölkənin mədəniyyətdə, iqtisadiyyatda,idmanda və modada ən yaxşı nailiyyətlərini dünyaya çatdırmaq lazımdır. Alonsodan başqa bu titulu aktyor Antonio Banderas, Mango şirkətinin təsisçisi İsak Andik, Milli Onkoloji Tədqiqatlar Mərkəzinin direktoru Mariya Blasko da alıblar…