F.Alonso iclasa gəlib

Səhər Parisin Razılıq meydanında jurnalistlər növbədənkənar iclasın iştirakçılarını qarşılayıblar. Gözlənildiyi kimi Renault-nun nümayəndə heyətinə komandanın prezidenti Bernard Rey və ictimaiyyətlə […]

Səhər Parisin Razılıq meydanında jurnalistlər növbədənkənar iclasın iştirakçılarını qarşılayıblar. Gözlənildiyi kimi Renault-nun nümayəndə heyətinə komandanın prezidenti Bernard Rey və ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Jan Fransua Kobe başçılıq ediblər, onlardan başqa iclasa Fernando Alonso, Nelson və Nelsinyo Pikelər və hüquqşünaslar gəliblər. Berni Ekklstoun mətbuat üçün qısa bəyanat verib…

Berni Ekklstoun: “Məncə, balanslaşdırılmış qərar qəbul etmək lazımdır. Komanda tərəfindən qanun pozuntusu olduqca ciddidir və bu məsələdə heç kimə haqq qazandırmaq olmaz, amma onlar qanunu pozanları komandadan uzaqlaşdırıblar və bunu nəzərə almaq lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*