Bu gün səhər Fernando Alonso FİA-nın tibbi nümayəndəsinin, Formula1-in baş həkiminin və Sepanq avtodromunun baş həkiminin nəzarəti altında tibbi testi uğurla keçib və onun Malayziya Qran Prisində iştirakına icazə verilib.
F-1.az xatırladır ki, hələ mövsümöncəsi testlərin Barselonada ikinci seriyası zamanı keçirdiyi qəzada aldığı zədə üzündən ispaniyalı sürücü testlərin son seriyasını və mövsümün ilk Qran Prisini buraxmalı olmuşdu. Avstraliyada Alonsonu McLaren komandasının keçənilki sürücüsü Kevin Maqnussen əvəz etmişdi.
Alonso tibbi müayinədən dərhal sonra öz tvitterində yazıb: “Mənə yaşıl işıq yandırdılar. FİA-ya və McLaren-ə son ay ərzində işinə, peşəkarlığına və köməyinə görə təşəkkür edirəm…”