İstanbulda finiş xəttini üçüncü keçən Fernando Alonso mövsümdə Ferrari üçün ilk podiumu qazanıb və jurnalistlərə bildirib ki, Skuderiya mübarizəyə qayıdıb…
Fernando Alonso: “Ümumən uik-end yaxşı keçdi. Maşın mövsümün ilk üç Qran Prisində olduğundan daha çox rəqabətədavamlı idi. Mən yenə də rəqiblərlə mübarizə edə bildim və podium uğrunda mübarizədən həzz aldım. Ferrari mübarizəyə qayıdıb.
Yarışın ilk hissəsində mən Rosberqin arxasında müəyyən vaxt itirdim, biz başa düşdük ki, qələbə uğrunda mübarizə apara bilməyəcəyik, ona görə də diqqətimizi ikinci yer uğrunda mübarizəyə cəm etdik. Mənim maşınımda təkər Markın maşınında olduğu qədər yeyilməmişdi, mən arxa antiqanadın hərəkətli elementindən istifadə etdim və önə çıxa bildim. Yarışın son hissəsində isə əks manevr baş verdi, amma əsas odur ki, biz Red Bull-la bərabər səviyyədə mübarizə apara bildik, hərçənd, bunu etmək çox çətin idi.”