Ferrari ilə üçillik müqaviləsi təsdiq olunduqdan sonra Fernando Alonso jurnalistlərə bildirib ki, yayda 2011-ci il mövsümü üçün razılaşma əldə olunmuşdu, amma sonradan müddətə yenidən baxılıb…
Fernando Alonso: “Yayda biz 2011-ci il üçün müqavilə barədə razılaşdıq, amma son günlərdə vəziyyət dəyişdi və biz mənim Maranelloya keçidimi 2010-ci ilə keçirməyi qərara aldıq.
Mən Ferrari-nin sükanı arxasına oturmaq imkanına görə xoşbəxtəm və fəxr edirəm ki, mənim arzumu realizə etmək imkanı peyda olub – bu hər bir sürücünün arzusudur. Mən Ferrari-nin prezindeti Luka di Montedzemoloya da təşəkkür etmək istəyirəm, o həqiqətən bu müqavilənin imzalanmasını istəyirdi. Əminəm ki, Felipe ilə birlikdə biz Ferrari-ni və onun azarkeşlərini qane edəcək nəticələr göstərə biləcəyik. Mən birgə işimizin başlanmasını səbirsizliklə gözləyirəm.
Biz Renault ilə bir neçə maraqlı mövsüm keçirdik, mən bu komandaya minnətdarlıq edirəm və ümid edirəm ki, mövsümün son yarışları bizim üçün uğurlu olacaq.
Ferrari komandasının başçısı da ilkin razılaşmanının olmasını təsdiq edib…
Stefano Domenikali: “Biz həqiqətən yayda 2011-ci il üçün müqavilə barədə razılaşmışdıq, amma birgə işimizi 2010-cu ilə keçirmək imkanı peyda olanda, komanda bu şansdan istifadə etdi.”