F.Alonso: “F10 – sürdüyüm ən yaxşı maşındır”

Hər sessiyadan sonra Fernando Alonso milli KİV ilə çoxlu söhbətlər edir, Britaniya və Almaniya mətbuatına isə daha az vaxt ayırır. […]

Hər sessiyadan sonra Fernando Alonso milli KİV ilə çoxlu söhbətlər edir, Britaniya və Almaniya mətbuatına isə daha az vaxt ayırır. Testlərin nəticələrinə görə maşının real sürəti barədə fikir yürütmək hələ də olduqca çətindir, komandalar müxtəlif proqramlar üzrə müxtəlif yanacaq miqdarı ilə işləyirlər. Dünən Xeresdə ispaniyalı jurnalistlər Fernandodan niyə belə yavaş olmasının səbəbini soruişublar.

Xatırladaq ki, Fernando dünən atıncı nəticə göstərməklə liderə 1.5 saniyə uduzub, amma ikiqat dünya çempionu bildirib ki, Ferrari F10 – onun sürdüyü ən yaxşı maşındır…

Fernando Alonso: “Bədbinliyə heç bir əsas yoxdur, bugünkü gün üçün F10 – mənim sürdüyüm ən yaxşı maşındır. Testlərin son iki günü quru havada keçdi, mən böyük məsafə qət edə bildim, heç biz buna ümid etmirdik – mən razıyam, maşın etibarlıdır və biz uzun dövrələrdə onun effektliyi üzərində ciddi işlədik.

McLaren, Red Bull və Renault maşınları çox sürətlidir, amma onlar artıq real sürətlərini göstəriblər, biz isə hələ yox. Biz topladığımız məlumatları təhlil etməliyik, amma hələlik hər şey qaydasındadır. Bu gün mən başqa komandada çıxış etsəydim, ond abirinci növbədə Ferrari-nin nəticələrini izləyərdim.

Bəlkə də biz qısa dövrələr seriyasında hələ maşın üzərində işləməliyik – bunda Red Bull və McLaren-in bir balaca üstünlüyü var, məhz bu komandaların nəticələri Barselona testlərində bizim üçün nümunə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*