Bu gün səhər tezdən Madonna di Kampilyoda ənənəvi Wrooom tədbiri çərçivəsində Fernando Alonso və Felipe Massanın mətbuat konfransları başlayıb – bu il Ferrari sürücülərinin mətbuatla rəsmi ilk görüşü.
Jurnalistlər Fernando Alonsodan qarşıdakı mövsümdə kimi ən ciddi rəqib hesab etməsi ilə maraqlanıblar…
Fernando Alonso: “Çempionatda güclü rəqiblər kifayət qədərdir. Starta beş dünya çempionu çıxacaq, amma indi, yanvarın əvvəlində mən bir sürücünü seçməli olsam, mən Mixael Şumaheri deyərdim. Mixael yeddiqat dünya çempionudur, o heç nəyi sübut etməməlidir. Keçən mövsüm onun üçün uğurlu olmadı, amma o dahi sürücüdür, hamı eyni maşında çıxış etsəydi, o yəqin ki, qalib gələrdi.
Əlbəttə, Fetteli də favorit hesab eləmək olar, xüsusən də mövsümün əvvəlində. Əgər ikiqat diffuzor məsələsi olmasaydı, Sebastyan 2009-cu ildə də titul qazanardı. İndi o artıq titul qazanıb, təcrübə toplayıb və daha güclü olacaq. McLaren sürücülərini də unutmaq olmaz, onların hər ikisi favoritlərdir.
Biz ümid edirik ki, bizim yeni maşın rəqabətədavamlı olacaq, ona görə də mənim daha bir rəqibim, bəlkə də ən ciddi rəqibim Felipe Massa olacaq.”