F.Alonso: “Brawn GP bütün yarışları uda bilər”

Melburn yarışının 5-ci yerdə (Yarno Trullinin cəriməsindən sonra) finişindən sonra Fernando Alonso ispan mətbuatı üçün bildirib ki, Brawn GP asanlıqla […]

Melburn yarışının 5-ci yerdə (Yarno Trullinin cəriməsindən sonra) finişindən sonra Fernando Alonso ispan mətbuatı üçün bildirib ki, Brawn GP asanlıqla mövsümün bütün 17 yarışında qalib gələ bilər…

Fernando Alonso: “Brawn GP başqa komandalarla müqayisədə başqa səviyyədədir. Əgər aprelin 14-də Apelyasiya Məhkəməsi heç bir tədbir görməsə, ehtimal etmək olar ki, Batton və Barrikello bütün 17 yarışda qələbə qazanacaqlar.

Belə bir vəziyyətdə biz diqqətimizi digər böyük komandalarla – Ferrari, McLaren və BMW ilə mübarizəyə toplamalıyıq. Mən Toyota-nı da bu qrupa aid edərdim, komanda uik-endi pis keçirməmişdi. Növbəti iki yarış Malayziya və Çində olacaq və bu avtodromlarda aydın olacaq ki, kim nə qədər sürətlidir. Əgər Sepanqda da Renault sıralanma turunun son mərhələsinə keçə bilməsə, deməli, R29-a həqiqətən sürət çatışmır və bizi çətin mövsüm gözləyir. Amma mən düşünürəm ki, Malayziyada biz sürətli olacayıq.

Avstraliya trası çox nadirdir, çempionat isə Tour de France veloyürüşü kimi uzundur. Birinci yarışın nəticələri çox da qənaətbəxş olmasa, hər halda biz rəqiblərimizə nisbətən bir az xal toplaya bilmişik. Aydındır ki, biz maşını təkmilləşdirməkdə davam etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*