İkiqat dünya çempionu Fernando Alonso baş barmaqlarına bir şey olarsa, 10 milyon Avro sığorta pulu ala bilər. Sürücünün şəxsi sponsoru olan İspaniyanın Santander bankı ilə müqaviləsini uzadarkən belə bir sığorta maddəsi yeni müqaviləyə əlavə olunub.
Bankın yaydığı rəsmi bəyanatda deyilir: “Alonsonun baş barmaqları vacib simvoldur, axı onlar yalnız Formula1 maşınının idarə olunmasında vacib deyil, həm də qələbə rəmzidir – yəni hər şey nəzarətdədir və yaxşı qorunur…”