F-1.az xəbər verir ki, Formula3-də Fransanın ART Qrand Prix komandasının pilotu Qrequar Sosi ilk gün ən yaxşı nəticəni göstərib. Səhər o, ən yaxşı dövrəsini 1:49.155 saniyəyə qət edib, nahardan sonra isə Qrequar daha sürətli olub – 1:47.563.
Səhər sessiyasının əvvəlində sürücülər dərhal trasa çıxsalar da, ilk saatda yalnız Van Amersfoort Racing komandasından Tommi Smit 1:51,521 saniyə ilə tam dövrəni başa vurub. İkinci saatda qalanlar da nəticə göstərməyə başlayıblar, lakin sürücülər sessiyanın son otuz dəqiqəsində həqiqətən hücuma keçiblər.
110 saniyədən sürətli ilk nəticəni Nikita Bedrin göstərib, daha sonra Qrequar Sosi sürətlənib və heç kim onun nəticəsini üstələyə bilməyib. Səhər sessiyasında ən çox məsafəni Lyuk Brauninq qət edib – 29 dövrə.
Nahardan sonra sürətlər artıb. Əvvəlcə Qabriele Mini ən sürətli nəticəni göstərib – 1:48.553. Daha sonra Mini öz nəticəsini iki dəfə yaxşılaşdırsa da, yekun protokollarda yalnız 7-ci ola bilib. Son bir saatda sürücülər aktiv şəkildə hücuma keçiblər və protokollara səhər olduğu kimi, Sosi başçılıq edib.
Ümumilikdə testlər sakit keçib, ciddi insident yaşanmayıb. Bu gün testlər davam edəcək.