F-1.az xəbər verir ki, səhər saatlarında trasa birinci çıxan Sofiya Flörş olub, ən sürətli nətciəni isə Qabriele Bortoleto göstərib – 1:47.808. Bir dəqiqə 46 saniyədən birinci Qrequar Sosi çıxıb, elə o da sessiyanın bitməsinə saat yarım qalmış heç kimin yaxşılaşdıra bilmədiyi nəticəni göstərib – 1:46.642.
Bundan dərhal sonra trasda qırmızı bayraqlar peyda olub – buna səbəb Alexandro Qarsiyanın altıncı döngədə dayanması olub. Testlərin bərpasından sonra sürücülər bir neçə sürətli dövrə vurublar, sonra isə diqqətlərini uzun dövrələr seriyası üzərində işləməyə cəmləyiblər.
Formula2 sürücülərinin trasda işlədiyi fasilədən sonra Formula3 testləri davam etdirilib. Bu dəfə protokollara Xose Mariya Marti başçılıq edib, bundan sonra Sosinin trasda dayanması səbəbindən qırmızı bayraqlar dalğalanıb. Marşallar maşını operativ trasda çıxarıblar və sessiya davam edib.
Oliver Qreyin trasdan çıxması səbəbindən günorta sessiyası ikinci dəfə qırmızı bayraqlarla dayandırılıb. Sessiyanın bitməsinə 45 dəqiqə qaldıqda sürücülər trasa qayıdıblar və Qabriele Mini 1:48.175 nəticə ilə liderliyə yüksəlib.
Bu gün Formula3 sürücüləri mövsümöncəsi testlərin son gününü keçirəcəklər.